Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Nyu-Yorkda Azərbaycan əleyhinə yeni sənədin hazırlanmasına cəhdlər edilir – Cahandar BAYOĞLU həyəcan təbili çaldı

“Bu, xalqımıza qarşı böyük xəyanət olacaq”

Sentyabr ayının 23-24-də ABŞ-ın Nyu-York şəhərində “İranın gələcəyi” adı altında ABŞ-ın istəyi ilə Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi İranın molla rejiminə qarşı 40 ildir siyasi, ideoloji və terror siyasətini yürüdən “Xalqın Mücahidləri Hərəkatı”nın liderliyi altında yeni koalisiyanın qurulması ilə bağlı xüsusi tədbir keçirilib. Azərbaycan və İran Türklərinin milli hədəflərinə uyğun olmayan bu toplantıda çox təəssüflər olsun ki, Güney Azərbaycan adına bəzi qurumlar da qatılıblar.

Mövzunu BAY Düşünce Ocağı Başkanı Cahandar BAYOĞLU ilə davam etdirdik.

OperativXeber.Az bildirir ki, O, AzNews.az-a açıqlamasında bildirdi ki, ABŞ-ın orada olan təmsilçiləri və “Xalqın Mücahidləri Təşkilatını”nın ciddi təkidi ilə Azərbaycan təşkilatları təhdid edilərək onlara qarşı çox kobud rəftar edilib:

“Tədbirdə qəbul olunan ortaq bəyanat Azərbaycanın maraqlarına tamamilə zidd olduğu üçün bir çox soydaşımızın istək və təkidi ilə ortaq imza atılması məqsədəuyğun sayılmayıb.

Azərbaycan təşkilatları bildirib ki, ictimaiyyətimizin bu toplantı ilə bağlı ciddi informasiyaları var. Hər hansı bir sənədə imza atsaq, Azərbaycan təşkilatları və xalqı tərəfindən ciddi təzyiqlərə məruz qala bilərik”.

Cahandar Bayoğlu qeyd etdi ki, buna baxmayaraq Azərbaycanın bu təşkilata üzv olmasını istəyən 2-3 nəfər Azərbaycan nümayəndələrini razı salmaq istəyir ki, orada Azərbaycanın əleyhinə olan maddələrdə qismən dəyişiklik edilsin və bəyanata imza atılsın, ancaq Azərbaycandan olan soydaşlarımız bu bəyanatı imzalamaq istəmirlər”.

Bay Düşüncə Ocağının rəhbəri hələ də təzyiqlər davam etdiyini vurğuladı:

“Təzyiqlər Azərbaycan adına fəaliyyət göstərən keçmiş kommunistlər və “Xalqın Mücahidləri Təşkilatı” ilə ciddi bağlılığı olan adamlar tərəfindən gerçəkləşir”.

Cahandar Bayoğlu sonda dedi ki, təhdidlərdən sonra bəyanat imzalanarsa, bu, Azərbaycan xalqına böyük xəyanət olacaq:

“Biz onları belə bir xəyanət yolundan çəkinməyə çağırırıq”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …