Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Oğuzda avtomobil “Aztelekom”un əməkdaşını vurub

Oğuz rayonunda avtomobil “Aztelekom”un əməkdaşını vurub.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Padar kəndində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil Padar kənd sakini, Təvəkkül Qazıyevi vurub. Qəzadan sonra avtomobil yol kənarındakı kanala aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan T.Qazıyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, xəsarət alan şəxs “Aztelekom”un Oğuz şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …