Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi ölüb

Oğuz rayonunda 36 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Tayıflı kəndində meşəlik ərazidə baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Bayramov Fuad Valeh oğlu meşədə olarkən üzərinə ağac düşüb.

O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və daha sonra orada ölüb.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …