Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Oğuzda yıxılaraq başı stula dəyən 2 yaşlı uşaq xəstəxanada ölüb

Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Boyukmillet.com xəbər verir ki, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.

Belə ki, 2022-ci il təvəllüdlü M.M. yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.

2 yaşlı M. Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.

Check Also

Dini icma üzvünə qarşı terror aktı planlaşdırmış şəxslər həbs olunub

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin …