Bazar , 28 Aprel 2024
Drone Cameras

“Olimpiya”nın baş məşqçisi “Qarabağ”la oyundan sonra mətbuat konfransına qatılmayıb

Sloveniyanın “Olimpiya” komandasının baş məşqçisi Joao Enrike Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransına qatılmayıb.

Boyukmillet.com xəbər verir ki, portuqaliyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün ardından junalistlər önünə çıxmaqdan imtina edib.

Qeyd edək ki, Lyublyanadakı ilk matçda 2:0 hesablı qələbə qazanan “Qarabağ” Avropa Liqasının qrupuna yüksəlib. “Olimpiya” isə mübarizəni UEFA Konfrans Liqasının qrupunda davam etdirəcək.

Check Also

Samir Abasov: “Barselona” mənim üçün həddindən artıq maraqlıdır

Bu klub mənim üçün həddindən artıq maraqlıdır. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında İspaniyanın “Barselona” …