Bazar ertəsi , 13 May 2024
Drone Cameras

Türkiyə və Ukrayna taxıl müqaviləsini müzakirə ediblər

Türkiyə və Ukrayna taxıl müqaviləsini, eləcə də Qara dənizdə ticarət daşımalarının davam etdirilməsini müzakirə ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu sosial şəbəkədəki səhifəsində bildirib.

“Biz Ukrayna Baş nazirinin müavini, infrastruktur və ərazi inkişafı naziri Aleksandr Kubrakov ilə videokonfrans keçirdik. Görüş zamanı bu yaxınlarda dayandırılmış Taxıl Dəhlizi təşəbbüsünü, Qara dənizdə ticarət daşımalarının davam etdirilməsi və mümkün investisiya əməkdaşlığını müzakirə etdik. Biz həmişə Ukraynanı dəstəkləyirik və onu dəstəkləməyə davam edirik”, – nazir qeyd edib.

Check Also

İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb

İrəvanda və Ermənistanın bir sıra regionlarında arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları bərpa edilib. …