9 fevralda ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürənlər arasında müxtəlif peşə sahibləri var.
Belə ki, hazırkı seçki marafonunda təkcə təhsil işçiləri, hüquqşünaslar, həkimlər, jurnalistlər deyil, eyni zamanda, fəhlə, xadimə, montyor, baytar, gözətçi, çilingər və s. kimi peşə sahibləri də iştirak edirlər.
Boyukmillet.com Modern.az-a istinadən sosial şəbəkələrdə maraqla qarşılanan həmin deputatlığa iddialı şəxslərin bəzilərini oxuculara təqdim edir:
103 saylı Gədəbəy seçki dairəsi
Hüseynov Fəqani Faiq oğlu – Azərbaycan Respublikası ƏƏSM Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agenliyinin DOST iş mərkəzində fəhlə
103 saylı Gədəbəy seçki dairəsi
Nağıyev Rafiq Yusif oğlu-Gədəbəy rayon Baytarlıq İdarəsi aparıcı baytar həkimi
96 saylı Goranboy-Naftalan seçki dairəsi
İbrahimov İlkin Akif oğlu – Goranboy rayon Subartezian Quyuları İstismarı İdarəsində fəhlə
84 saylı Fizuli seçki dairəsi
Hacıyev Bayram Nazim oğlu – Bakı şəhəri Azərbaycan Dillər Universitetinin 1 nömrəli yataqxanasında komendant
83 saylı Ağcabədi-Fizuli seçki dairəsi
Hüseynov Nizami Voroşil oğlu – Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsində elektrik montyoru
83 saylı Ağcabədi-Fizuli seçki dairəsi
Namazov İsmayıl Sabir oğlu – Fizuli rayonu 24 nömrəli tam orta məktəbdə gözətçi (namizədliyi qeydə alınıb)
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi
Orucova Səfa İslam qızı – Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə xadimə
24 saylı Nizami birinci seçki dairəsi
İsmayılov Tural Muradağa oğlu – Socar Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı Avtonəqliyyat və Xüsusi Texnika Sahəsində avtomobillərin təmiri üzrə çilingər.