Cümə , 22 Noyabr 2024
Drone Cameras

Oqtay Şirəliyev vaksinasiyadan DANIŞDI

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində koronavirusla mübarizə çərçivəsində Azərbaycan qabaqcıl ölkələr sırasına qatılıb. Bu gün artıq ölkədə vaksinasiya prosesinə başlandı”. 

Boyukmillet.com-un məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Səhiyyə naziri Oqtay Şirəliyev deyib.

O bildirib ki, vaksinasiya ilə bağlı mütəxəssis rəyi öyrənilib və ən yaxşı vaksin bizdə istifadə olunur:

“Azərbaycan vaksinasiyaya başlayan ilk ölkələr sırasındadır. Türkiyədə də bu vaksindən istifadə olunur. Bu vaksin ən təhlükəsiz və effektli hesab olunur.

Vaksindən istifadə edənlər də xəstələnə bilər. Lakin vaksin sayəsində yüngül keçirəcəklər. Bu vaksinin istifadəsi tam təhlükəsizdir. Bu vaksinlər bir neçə ölkədə sınaqdan keçirilib. Prezident İlham Əliyevin göstərişi ilə bu vaksinin təhlükəsizliyi yoxlanılıb”.

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …