Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində biotexniki tədbir keçirilib

Ordubad, 4 fevral

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Ordubad Dövlət Təbiət Yasaqlığının heyvanat aləminin kompleks məskunlaşdığı ərazilərində və miqrasiya dəhlizlərində biotexniki tədbir keçiriblər.

Boyukmillet.com xəbər verir ki, Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində aparılan biotexniki tədbirlər zamanı yaz aylarında tədarük olunmuş ot, daş duz və müxtəlif qaba yemlər heyvanların keçid yerlərinə dağıdılıb.

Qeyd edək ki, bu tədbirlər xüsusi mühafizə olunan təbiət ərazilərində və heyvanat aləminin daha çox məskunlaşdığı sahələrdə davam etdirilir.

Check Also

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına …