Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Ordubad şəhərindəki qədim Cümə məscidi bərpa olunacaq – FOTOLAR

Muxtar respublikada mənəvi dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər sırasında dini abidələrin bərpası xüsusi yer tutur. Qədim ziyarətgahlar və məscidlər bərpa olunaraq dindarların istifadəsinə verilir.

Boyukmillet.com xəbər verir ki, aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpa layihəsinə baxıb.

Məlumat verilib ki, XVII-XVIII əsrlərə aid olan məscid memarlıq quruluşu saxlanılmaqla bərpa olunacaq, dindarlar üçün lazımi ibadət şəraiti yaradılacaqdır.

Ali Məclisin Sədri Cümə məscidində bərpa işlərinə başlanılması barədə müvafiq tapşırıqlar verib.

Check Also

AMB maliyyə bazarında davranış standartları üzrə yeni sənəd hazırlayıb

Azərbaycan Mərkəzi Bank (AMB) maliyyə bazarlarında fəaliyyət göstərən institutlar üçün bazar davranışlarına dair yeni metodoloji …