Cümə axşamı , 12 Fevral 2026
Drone Cameras

Ordubadda “Azərbaycan-Türkiyə ipək bağı” salınıb

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində Ordubad rayonunun Əylis Düzü adlanan ərazisində ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərbaycan-Türkiyə ipək bağı” salınıb.

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya, Naxçıvan Dövlət Universitetində təhsil alan türkiyəli tələbələr, eyni zamanda rayonda vaxtilə baramaçılıqla məşğul olan sakinlər Əylis Düzündə 1,2 hektar ərazidə yeni salınan bağda Türkiyədən gətirilmiş 600-dən artıq tut tingi əkiblər.

Səlahiyyətli nümayəndə rayonda vaxtilə baramaçılıqla məşğul olan sakinlərlə söhbət edib, xatirə şəkli çəkdirilib.

Tut tinglərinin əkilməsində məqsəd gələcəkdə muxtar respublikada baramaçılığın inkişaf etdirilməsinə töhfə verməkdir.

Check Also

Elmira Axundovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu  

Qaçaq səfir Elmira Axundovanın yaxın adamı Elnur İbrahimov Nəsimi Rayon Məhkəməsinə aşkar absurd iddia təqdim …