Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ordubadda bəbir cəsədi tapıldı – FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonunda bəbir ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Ordubad rayonu ərasində 1915 metr dəniz səviyyəsindən hündürlükdə qalın qar örtüyü əridikdən sonra yarıçürümüş halda bəbir cəsədi aşkar olunub:

“Hadisə yerinə Naxçıvan MR təbiəti mühafizə və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. İlkin müayinələr zamanı güllə yarası aşkar edilməyib. Yumşaq toxumalardan analiz üçün nümunələr götürülüb. Bəbirin ölümünün səbəbi təbii amillər, xüsusən də qar uçğunu, olduğu nəticəsinə gəlinib. Heyvanın cəsədi təbii parçalanma prosesi bitdikdən sonra skelet formasında saxlanılacaqdır. Hadisə yerində olan dövlət təmsilçiləri bəbirin baş və pəncələrini təsadüfi adamlar tərəfindən aparılmasın deyə cəsədi götürüblər”.

WWF Azərbaycan nümayəndəliyidən qeyd edilib ki, həmin bəbir əvvəllər kameralara düşməyib:

“Təəssüf edici xəbər də odur ki, tələf olan fərd dişi imiş və yerli populyasiyanın inkişafında əsaslı rol oynaya bilərdi. Təbiətin qanunları belədir – doğum olan yerdə ölüm də olur”.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …