Bazar , 19 Yanvar 2025
Drone Cameras

Osmaniyə şəhərinin də zərər çəkdiyi böyük fəlakətdə dağ silkələnib – ANBAAN VİDEO

Mərkəzi Kahramanmaraş olan zəlzələdən çərər çəkmiş Türkiyənin Osmaniyə şəhərində hadisə anında dağın silkələndiyi görünür. Anbaan qeydə alınan görüntülər zəlzələnin böyüklüyünü bir daha ortaya qoyub.

Böyük fəlakətin izlərini silmək üçün mübarizə davam edir.

Zəlzələnin üzərindən 8 gün keçir, dağıntılar minlərlə vətəndaşın həyatına son qoyub.

Zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniyə, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.

Şəhərlərdə böyük dağıntılar yaşanarkən xilasedicilər daha bir insanı sağ qurtarmaq ümidi ilə işlərini sürətləndirirlər.

Digər tərəfdən, hər keçən gün böyük zəlzələ anı ilə bağlı yeni bir görüntü ortaya çıxır.

Bu dəfə maraqlı görüntü Osmaniyə şəhərindəndir.

Osmaniyədə saat 04.17-də baş verən zəlzələ zamanı yerin və dağın silkələndiyi anlar zəlzələnin böyüklüyünü bir daha ortaya qoyub.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …