Cümə , 22 Noyabr 2024
Drone Cameras

Osmanlıdan ayrılmaq səhv idi, türklərlə birləşməliyik: Yunan professordan TARİXİ ETİRAF

Yunan əsilli türkoloq, Ottava Universitetinin professoru Dmitri Kiçikis Yunanıstanda qonaq olduğu televiziya proqramında diqqət çəkən açıqlamalar verib.

Boyukmillet.om  xəbər verir ki, türkoloq Yunanıstanın Osmanlı İmperiyasından ayrılmasının tarixi səhv olduğunu və gələcəkdə Rusiya ekspansiyasına qarşı Türk-Yunan Konfederasiyasının qurulmalı olduğunu bildirib.

“Təəssüf ki, uğursuz bir dövlətik. Biz kiçik Yunan dövlətiyik. Frankların oyununu oynamağa çalışdıq, amma məğlub olduq. Çünki 1821-ci ildə baş verən yunan üsyanı heç vaxt baş verməməli idi və bu bir səhvdir. Osmanlını tərk edərək kiçik dövlət qurduq. Bu dövlət yarandığı gündən uğursuz oldu. Yeni Osmanlı İmperiyası qura bilmərik, amma imperiyanın köhnə xalqları kimi birləşib qardaş ola bilərik”, – deyə Dmitri Kiçikis qeyd edib.

Professor Yunanıstanın rus ekspansiyasına qarşı da ayıq olmalı olduğunu bildirib. Qərbin 200 il boyunca Rusiya təhlükəsinə qarşı bu maneəni qurmaq istədiyini qeyd edən Kiçikis, Egey dənizinin hər iki tərəfini birləşdirmək və buranı Rusiyaya qarşı qorumağın vacibliyinə diqqət çəkib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …