Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Ötən gün Azərbaycanda 43 kiloqramdan çox narkotik aşkarlanıb

Polis əməkdaşlarının yanvarın 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 43,6 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 28 kiloqram 267 qram heroin, 10 kiloqram 256 qram marixuana, 5 kiloqram 143 qram metamfetamin, həmçinin 12 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Check Also

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi …