Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Ötən gün vətəndaşlardan 7 avtomat, 17 tüfəng götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 7 avtomat, 17 tüfəng götürüb.

Bu barədə Boyukmillet.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 ədəd patron darağı və 675 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Həmçinin, yanvarın 17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 3 ədəd tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Check Also

Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü …