Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Ötən il Ermənistanda hərbçilərə 143 cinayət işi açılıb

2022-ci ildə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrinin hərbi qulluqçularına qarşı 143 cinayət işi açıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Ermənistan Respublikası hökumətinin 2022-ci il üçün proqramının (2021-2026-cı illər) icrasının gedişi və nəticələri haqqında” hesabatda deyilir.

Sənədə əsasən, cinayət işlərindən 17-si dövlətə xəyanət maddəsi, 47-si korrupsiya faktı, 9-u silah və döyüş sursatının qanunsuz dövriyyəsi, 12-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 58-i digər cinayətlər üzrə başlanıb.

Bundan başqa, 2022-ci ildə Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsində dövlətə xəyanət və casusluqla bağlı 26 cinayət işi araşdırılıb. 17 fakt üzrə cinayət işi məhkəməyə göndərilib. Eyni zamanda, 11 cinayət işinin istintaqı davam etdirilir.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …