Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Ötən il Naxçıvanda 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı aşkarlanıb

Ötən il Naxçıvanda 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı aşkarlanıb.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Bununla belə daxil olan məlumatlar göstərir ki, ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması, daşınması, başqasına verilməsi və satışı kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur”, – qurumdan qeyd olunub.

Azərbaycan Daxili İşlər Nazirliyinin qanunsuz saxlanılan odlu silahları təhvil verməklə bağlı çağırışını xatırladan Naxçıvan DİN vətəndaşları bunu yerinə yetirməyə dəvət edib.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …