Bazar ertəsi , 12 May 2025
Drone Cameras

Ötən il nikaha daxil olmaq istəyən 540 nəfərdə sifilis, 110 şəxsdə isə QİÇS aşkarlanıb – EKSKLÜZİV

2020-cu il ərzində nikaha daxil olmaq istəyən 75857 nəfər müayinədən keçib.

Boyukmillet com-un əldə etdiyi məlumata görə, müayinədən keçənlərdən 2 541 nəfərdə talassemiya daşıyıcılığı, 540 nəfərdə sifilis, 110 şəxsdə isə QİÇS aşkarlanıb.

Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 48 olub.

Təkcə dekabr ayı ərzində isə 5 828 nəfərin müayinəsi aparılıb. Müayinədən keçən 217 nəfərdə talassemiya daşıyıcılığı, 50 nəfərdə sifilis, 8 nəfərdə isə QİÇS isə aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 3 olub.

2015-ci ildən indiyədək 711 221 nəfərdə qan müayinəsi aparılıb. 24 434 cütlükdən birində talassemiya daşıyıcılığı, 283 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 649 nəfərdə sifilis, 715 nəfərdə HİV(QİÇS) qeydə alınıb”.

Check Also

Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

Bu gündən Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri …