Cümə , 22 Noyabr 2024
Drone Cameras

Özbəkistan və Gürcüstan Bakı-Tbilisi-Qars dəhlizindən istifadəni genişləndirməyi planlaşdırır

Daşkənddə keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə Özbəkistan-Gürcüstan hökumətlərarası komissiyasının 9-cu iclası çərçivəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan istifadənin genişləndirilməsi məsələsi müzakirə olunub.

Bu barədə “Boyukmillet.com” Özbəkistan KİV-ə istinadən xəbər verir.

Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev ilə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili nəqliyyat və logistika sahəsində tərəfdaşlığı, həmçinin Gürcüstanın Qara dənizdəki limanlarının inkişafı məsələlərini müzakirə ediblər.

Bundan başqa, tərəflər investisiya, sənaye, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçiriblər.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …