Bazar , 13 Aprel 2025
Drone Cameras

PA-nın sektor müdiri: Minalar itkin düşmüş şəxslərin tapılmasına mane olur

“Ölkəmizin üzləşdiyi əsas problemlərdən biri Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxslərlə bağlıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, 3 900-ə yaxın vətəndaş itkin düşmüş hesab olunur: “Onlardan 6 nəfəri Vətən müharibəsi nəticəsində itkin düşüb. Etibarlı mənbələrə əsasən deyə bilərik ki, itkin düşmüş şəxslər uzun illər ərzində ağır işgəncələrə məruz qalıb, kütləvi məzarlıqlarda dəfn olunub. İndiyə kimi 10 kütləvi məzarlıq aşkarlanıb. Minalar, təəssüf ki, bu məsələ ilə bağlı da səylərimizə mane olur”.

Check Also

Ermənilər tarixi saxtalaşdırmaq üçün işğal zamanı Kərkicahanda kompleks inşa ediblər

Ermənistan özünün saxta tarixini təbliğ etmək məqsədilə müxtəlif addımlar atır. Boyukmillet.com xəbər verir ki, bu …