Bazar , 11 Yanvar 2026
Drone Cameras

Pakistan İranla sərhədi tamamilə bağlayıb

Pakistan Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsi ilə əlaqədar İranla sərhədi qeyri-müəyyən müddətə bağlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Pakistan KİV-ləri məlumat yayıb.

“İranla sərhədin bağlanması barədə qərar İsrailin hücumları səbəbindən qeyri-sabit vəziyyət fonunda təhlükəsizlik üçün qəbul edilib”, – KİV-lər adı açıqlanmayan rəsmilərin sözlərinə sitat gətirib.

Qeyd edək ki, İran və Pakistanın 905 km uzunluğunda ümumi sərhədi var.

Sərhəd məntəqələri bazar günündən etibarən bağlanmağa başlayıb.

Ötən gün Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar İrandan 450 pakistanlı zəvvarın təxliyə edildiyini bildirib. O, İranda təhsil alan 150-dən çox pakistanlı tələbənin “Taftan” sərhəd məntəqəsi vasitəsilə vətənə qayıdacağını qeyd edib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …