Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Pakistan ordusu Müşərrəfin edam edilməsinə qarşı çıxıb

Pakistan Silahlı Qüvvələri xüsusi məhkəmənin ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında qəbul etdiyi edam hökmü barədə qərarına etiraz edib.

“Report” xəbər verir ki, ordunun mətbuat xidməti bununla bağlı bəyanat yayıb.

“General Pərviz Müşərrəfin işində xüsusi məhkəmənin qərarı ağrı və təəssüf hissi doğurur. Ordu qərargahının keçmiş komandiri, Baş Qərargah Rəisləri Komandanlığının sədri və 40 ildir ölkəsinə xidmət etmiş, dövləti uğrunda döyüşlərdə iştirak edən Pakistan prezidenti heç bir halda xain ola bilməz. Pakistan Silahlı Qüvvələri ölkə konstitusiyasına uyğun olaraq ədalətin təmin olunmasını gözləyir”.

Qeyd edək ki, Pakistanın xüsusi məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında edam hökmü çıxarıb.

Check Also

Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi

“Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, …