“Azərbaycan xalqı ölkənin ərazi bütövlüyünü öz iradəsi və qətiyyəti ilə təmin etməyi bacardı”.
Boyukmillet.com xəbər verir ki, bunu Pakistanın bu ölkədəki səfiri Şəfqət Əli Xan Moskvada Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfərinə həsr olunmuş tədbirdə bildirib.
“Azərbaycanlılar hərbi gücə əl atmadan uzun müddət və səbrlə məsələnin həllini gözlədilər. Lakin sonda silahı işə salmağa məcbur oldular. Münaqişənin həll olunmasına sevinirik. Biz bütün regionda sülh və sabitliyin bərqərar olmasını səbirsizliklə gözləyirik. Pakistanda Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi üçün yeni perspektivlər axtarışındayıq”.
“Bu gün mən də azərbaycanlı qardaş və bacılarım qədər sevincliyəm. Bir daha Azərbaycan xalqını və rəhbərliyini təbrik etmək istəyirəm”, – səfir fikrini tamamlayıb.