Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Pakistanda İmran Xanın partiyasının 120 fəalı həbs edilib

Pakistanda polis reydlər zamanı etiraz aksiyası keçirməyi planlaşdıran 120 fəalı həbs edib.

Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətinin nümayəndələri bildirib.

Həbslərin bir çoxu Lahorda həyata keçirilib. Artıq ikinci ildir həbsdə olan İmran Xanın “Tehrik-i-İnsaf” partiyası burada ən böyük nümayişin, eləcə də digər yerlərdə etirazların keçiriləcəyini elan edib.

Partiyanın nümayəndəsi Zülfikar Buxarinin sözlərinə görə, Lahorda ən azı 200 fəal həbs edilib.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …