Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Pakistanda terrorçular hərbçilərə hücum edib

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətindəki hərbiləşdirilmiş Sərhəd Korpusunun postuna terrorçular tərəfindən edilən hücum nəticəsində ən azı yeddi hərbçi həlak olub.

Boyukmillet.com-um məlumatına görə, bu barədə “Sinxua” agentliyi Pakistan Ordusunun mətbuat xidmətinə istinadən xəbər verib.

Qeyd olunub ki, təhlükəsizlik rəsmiləri ilə terrorçular arasında atışma ötən gün axşam (26 dekabr – Red) baş verib. Hərbçilər yaraqlıların hücumunu dəf etməyə müvəffəq olublar. Bundan sonra ərazi mühasirəyə alınıb ​​və qaçan terrorçuları ələ keçirmək üçün əməliyyat başlayıb.

Check Also

Rusiya “dəmir kozırını” Ermənistana vermədi 

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq …