Cümə , 22 Noyabr 2024
Drone Cameras

Pakistanın Azərbaycandakı səfiri Kəşmirdən yazdı

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee “Dünyadakı kəşmirlilər niyə 27 Oktyabrı Qara Gün kimi qeyd edirlər?” adlı məqalə yazıb.

Boyukmilet.com həmin məqaləni təqdim edir:

Azadlıq və Hürriyyət, ləyaqətli həyata inanan bütün böyük millətlərin və xalqların arzuladığı ali ideallardır. Haqlı olaraq deyilir ki, azadlıq verilmir, ona nail olmaq, əldə etmək tələb olunur. Azərbaycan xalqı bu konsepsiya ilə tanışdır və haqlı olaraq 1990-cı illərdə öz azadlığı uğrunda mübarizəyə başlamışdır. 1991-ci ildə müstəqilliyini qazanan Azərbaycan, beynəlxalq hüquqa zidd olaraq işğal olunmuş və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi ilə müvafiq qaydada tanınmış ərazilərinin bir hissəsinin azad edilməsinə davam etməkdədir.

Tezliklə, Azərbaycan xalqının öz ərazilərinin tamamilə azad edilməsi uğrunda apardığı mübarizə öz bəhrəsini verəcəkdir. Pakistan, bu haqq mübarizəsində Azərbaycanın yanındadır.

Təəssüf ki, bəzi digər xalqlar üçün, xüsusən Hindistanın qanunsuz işğal etdiyi Cəmmu və Kəşmir xalqı (IIOJ & K) üçün azadlıq arzusu, öz müqəddəratını təyinetmə hüququndan istifadə etməsi bu günə qədər əlçatmaz olaraq qalır. Öz müqəddəratını təyinetmə, ötən əsrdə müstəmləkəçiliyin aradan qaldırılmasına qarşı mübarizədə ən canlı ifadəni təmin edən beynəlxalq hüququn və beynəlxalq siyasətin ən vacib sütunları olmuşdur. Öz müqəddəratını təyinetmə hüququ Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuşdur və həm Mülki və Siyasi Hüquqlara, həm də İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Paktların ortaq I maddəsidir (1966).

1947-ci ildə subkontinentin İngilis hökmranlığından ayrılması də öz müqəddəratını təyinetmə prinsipinə əsaslanırdı. Nəticə etibarı ilə, Britaniya Hindistanına tabe olan əksəriyyət müsəlmanlar olan bölgələr Pakistan ərazilərini və bitişik – əksəriyyət Hindulardan ibarət bölgələri Hindistan ərazilərini formalaşdırdı. Bu prinsip, müsəlmanların və hinduların nümayəndələri tərəfindən ortaq şəkildə qəbul edildi. Bu həmçinin, Britaniya Hindistanındakı 560-dan çox Ştatın ya Pakistana, ya da Hindistana birləşməsi üçün hüquqi əsas rolunu oynadı.

Bu Ştatların böyük əksəriyyətinin ya Pakistana, ya da Hindistana birləşməsi ilə bağlı heç bir problem yaşanmadı. Pakistana bitişik olan və əksəriyyət müsəlmanlardan ibarət kəsim Cəmmu və Kəşmir istisna olmaqla Pakistana qoşuldu. Hindistan, Cəmmu və Kəşmirin Hindu Maharaja (hökmdarı) tərəfindən imzalanmış müəmmalı və olduqca şübhəli bir birləşmı sənədi əsasında qüvvələrini göndərərək Cəmmu və Kəşmir əyalətini qanunsuz olaraq işğal etməyi bacardı və bu da öz növbəsində uzun sürən mübahisənin toxumlarını səpərək, Pakistan və Hindistan arasında çoxsaylı müharibələrə gətirib çıxardı.

Bu gün, Cammu və Kəşmir mübahisəsi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının gündəmindəki ən uzunmüddətli məsələdir. Bu məsələni Birləşmiş Millətlər Təşkilatının platformasına daşıyan Hindistan olmasına baxmayaraq, son bir neçə ildir ki, Hindistan tərəfindən mübahisənin əsas hüquqi və siyasi aspektlərini ört-basdır etmək üçün ortaq bir səy göstərildi. Hindistan tərəfinin bu cəhdləri, Cəmmu və Kəşmiri qanunsuz olaraq işğal etməsinə haqq qazandırmağı və Kəşmir xalqının BMT Təhlükəsizlik Şurasının qərarlarında göstərildiyi kimi “sərbəst və qərəzsiz bir referendum yolu ilə” öz müqəddəratını təyinetmə hüququnu inkar etməyi hədəfləyir.

Hindistan tərəfindən qanunsuz işğal olunmuş Cəmmu və Kəşmir (IIOJ & K) günümüzdə dünyanın ən sıx hərbiləşdirilmiş bölgəsidir. Hindistan, Kəşmir xalqının azadlıq hərəkatını yatırmaq üçün ən qəddar kampaniyanı həyata keçirmək üçün işğal olunmuş Cəmmu və Kəşmirə 700.000-dən çox əsgər yerləşdirmişdir. Yalnız 1989-cu ildən 1 sentyabr 2020-ci ilədək Hindistan qoşunları 95.667 Kəşmirilini şəhid etmiş, 22.918 qadını dul qoymuş, 107.798 uşağı yetim buraxmış və 11.219 Kəşmirli qadın təcavüzə məruz qalmışdır. Bütün imkanlarını bitirməsinə və son yetmiş il ərzində ən sərt dövlət terrorizminə əl atmasına baxmayaraq, Yeni Delhi, acınacaqlı şəkildə Cəmmu və Kəşmir xalqını təslim olmaq üçün qorxuda bilmədi.

Hindistan, qanunsuz işğalına haqq qazandırmaq üçün istifadə etdiyi müxtəlif yalançı və son dərəcə şübhəli qanuni mülahizələr arasında, sözdə Cəmmu və Kəşmir hökmdarı 26 oktyabr 1947-ci ildə birləşmə sənədini imzaladıqdan sonra qüvvələrini bölgəyə göndərməsini arqument kimi təqdim edir. Akademik və hüquqi baxımdan iddia edilən birləşmənin etibarlılığı və qanuniliyi aşağıdakılar da daxil olmaqla bir neçə səbəbdən olduqca şübhəlidir və suallar doğurur:

  1. Maharaja tərəfindən imzalanan Birləşmə Sənədinin heç bir həqiqi surəti Hindistan hökuməti tərəfindən təqdim olunmamışdır;
  2. Hindu Maharaja, 26 Oktyabr 1947-ci ildə Hindistana “birləşmə”zamanı sərbəst agent deyildi və belə ki, o artıq Pakistanla “Fəaliyyətin dayandırılması haqqında Razılaşma” imzalamışdır ki bu da öz növbəsində Maharajaya mövcud vəziyyətin birtətrəfli qaydada dəyişdirilməsi imkanı üçün qanuni zəmin yaratdı.
  3. 26 Oktyabr 1947-ci ildə Maharaja Hindistana Birləşmə Sənədini imzaladığı zaman, məşhur Kəşmir qiyamı səbəbi ilə Cəmmu və Kəşmir əyalətinin əksəriyyəti üzərində təsirli nəzarəti itirmiş və bu səbəbdən sözdə Sənədi imzalamaq üçün qanuni səlahiyyəti yox idi.
  4. Ən əsası, Maharacanın iddia etdiyi hərəkəti açıq şəkildə müsəlman olan Pakistana birləşmək istəyən Kəşmir xalqının istəklərinə zidd idi. Bu, subkontinentin bölünməsinin əsas götürüldüyü prinsiplərə tamamilə qarşı idi.
  5. Hər hansı bu cür Birləşmənin etibarlılığı ləğv olunmursa, BMT Təhlükəsizlik Şurasının müxtəlif qərarları, Cəmmu və Kəşmir xalqı tərəfindən öz müqəddəratını təyinetməsi prosesini şərtləndirir.

Jammu və Kəşmir xalqı, Hindistan hiyləgərliyindən və xarici hökmranlıq altına alaraq qanunsuz olaraq özlərinə tabe etmək cəhdindən əziyyət çəkdiyini hiss edərək, birləşməni qəbul etmədi və bunun əvəzinə hər il 27 Oktyabrı “Qara Gün” olaraq qeyd etdi.

Pakistan, özlərinə vəd edilmiş öz müqəddəratını təyinetmə haqqını istifadə etmələrinə icazə vermənin Cəmmu və Kəşmir xalqının vazkeçilməz haqqı olduğuna inanır. Hindistan tərəfindən heç bir zaman, həqiqətlərin təhrif edilməsi və kobud güc tətbiqi Cəmmu və Kəşmir xalqını bu hüquqdan məhrum edə bilməz.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …