Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Pakistanın yeni Baş naziri Türkiyə ilə bağlı mövqeyini AÇIQLADI

Bu gün Pakistanın 23-cü Baş naziri seçilən Şahbaz Şərif bu vəzifədə ilk çıxışını edib.

Boyukmillet.com xəbər verir ki, o, parlamentdə çıxışı zamanı ölkənin xarici siyasi əlaqələrindən danışıb.

Şahbaz Şərif İmran Xan hökumətinin xarici siyasətini tənqid edib, Pakistanın strateji tərəfdaşları və dostlarının Kəşmir məsələsində səssiz qaldığını xatırladıb.

Çinin yaxşı və pis gündə Pakistanın ortağı olduğunu ifadə edən Şərif Pekinlə yaxşı münasibətlərin olmasının vacibliyinə diqqət çəkib. O, əvvəlki hökumətin Çin və Pakistan dostluğunu zəiflətməyə çalışdığını qeyd edib.

Şərif Səudiyyə Ərəbistanı, Türkiyə, Avropa Birliyi ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İranla yaxşı münasibətlərin olmasının vacibliyini vurğulayıb və ABŞ ilə əlaqələrin bərabər əsasda gücləndirilməsinin önəmindən danışıb.

“Türkiyə ilə Pakistanın ayrılmaz əlaqələri var”, – deyə Şərif Ankaranın hər zaman İslamabadın yanında olduğunu qeyd edib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …