Dövlət büdcəsi və Dövlət Neft Fondunun (ARDNF) əsas parametrləri formalaşdırıldığı təqdirdə neftin dünya bazarlarında qiymətinin 40 dollar nisbətində götürülməsi qərara alınıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.
Qeyd olunub ki, cari ilin ilk 5 ayında neftin qiymətinin 50 dollardan yüksək olmasına baxmayaraq son 1 ayda qiymətlərdə azalma müşahidə edilib:
“Qarşıdakı dövrdə OPEC-ə üzv ölkələrin razılaşmasına baxmayaraq artan geosiyasi gərginlik, ABŞ-ın neft ehtiyatlarının bir hissəsinin satışa çıxarılması ehtimalı, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin cari ildə uçot dərəcəsini iki dəfə artırması, Səudiyyə Ərəbistanı və İraqın hasilatı artırması və s. bu kimi faktorlar ilin sonuna qədər neft qiymətlərinə qarşı ciddi təhdidin olmasını və nəticədə qarşıdakı dövrdə neftin qiymətlərinin dəyişmə ehtimalını şərtləndirə bilər”.