Cümə , 30 Yanvar 2026
Drone Cameras

Parlament MDB ölkələrinin ictimai səhiyyə sahəsində əməkdaşlığına dair sazişi təsdiq edib

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində əməkdaşlığına aid saziş təsdiq edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş”in təsdiqi barədə qanun layihəsinin ona dair müvafiq qeyd-şərti ilə təsdiqi nəzərdə tutulur.

Layihəyə əsasən, Azərbaycan MDB-nin iştirakçı-dövlətlərinin fövqəladə vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında 2015-ci il 16 oktyabr tarixli Sazişin iştirakçısı olmadığı üçün özünü həmin Sazişin müddəaları ilə bağlı hesab etmir.

Sənədə görə, Azərbaycanla Ermənistan arasında münaqişənin nəticələri tam aradan qaldırılana və münasibətlər normallaşana qədər hazırkı sazişin müddəaları Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Saziş müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Check Also

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib

Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, qanunvericilik …