Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi istiqamətində atılan addımlara deputatlardan sərt təpki gəldi: “Araşdırsaq, Rusiya icmasının da sənədlərində müəyyən nöqsanlar mövcuddur”
Milli Məclisin növbəti plenar iclası başlayıb. Spiker Oqtay Əsədov gündəliyin təsdiqindən sonra cari məsələlərə vaxt ayırdı və sözü deputatlara verdi.
Deputat Siyavuş Novruzov bildirdi ki, son günlər Azərbaycan mətbuatında Azərbaycanı narahat edən əsas məsələ Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi istiqamətində aparılan işərdir: “Burada hansısa qüvvələr iki dövlət arasındakı strateji əməkdaşlıq, dostluq əlaqələrinə xələl gətirmək istəyr. Bizim Konqres həmişə Rusiyaya dəstək olub, iki ölkənin normal münasibətlərinə töhfəsini verib. Həmçinin Azərbaycan ötən illərdə ciddi təzyiq və təsirlərə baxmayaraq, Rusiya ilə müttəfiqlik və strateji tərəfdaşlıq mövqeyindən geri çəkilməyib. Azərbaycanda 300-dən artıq rus məktəbi, ayrı-ayrı universitetlərin filialları fəaliyyət göstərir. Azərbaycan Ermənistanı çıxmaq şərtilə, həmişə qonşuları ilə normla münasibətləri saxlamağın həmişə tərəfdaı olub, cənab prezident də daim bu siyasəti yürüdüb. Hansısa qüvvələrin bu məsəölələrui qızışdırması iki ölkə vətəndaşları arasında narazılığaq səbəb olub. Dostluq qrupu və digər insanlar müraciət etməlidri ki, bu məsələ həllini tapsın və araya girən şəxslər başa düşsünlər ki, Azərbaycan Rusuiya ilə münasibətlərə həmişə önəm verib,
Kiçik bir məsələ ilə iki ölkənin əhalisi araasında narazılıq yaratmaq lazım deyil
Zahid Oruc da həmkarının mövqeyini müdafiə etdi: “ÜAK-n qeydiyyət ilə bağlı məsələnin iki dövlət arasındakı starteji münasibətlərə uyğun deyil. Ümid edirəm ki, bu məsələ Rusiya elitasına çatacaq və məsələ həll olunacaq”. Z.Oruc Gürcüstanın ardınca Ukraynanın da vizasız rejimlə Avropaya gedş imkanı əldə etmək üzrə olduğunu bildirdi. Dedi ki, Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi, hüquqi tətəfdaşı olub. Amma bunun əvəzində Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçməli olur. Qərb təşkilatlarının, Avropa Birliyinin istəyi varsa ki, Azrbaycan vətəndaşları ona tərəf üz çevirsin, onda öz qapılarını bu insanların üzünə açmalıdır.
Elmira Axundova da ÜAK-ın çox ciddi və güclü təşkilat olduğunu, bölgələrdə 74 təşkilatının fəaliyyət göstərdiyini, üstəlik, yüzlərlə xeyriyyəçilik işlərini həyata keçirdiyini bildirdi: “Guya sənədlərdə texniki problem olub. Amma əminəm ki, səbəb başqadır. Rusiyada yüzlərlə erməni təşkilatları var. Bu yaxınlarda Rusiyada “Bolşaya Armeniya”, “Novo Naxiçevanskie” təşkilatları peyda olub. Bütün bu qanunsuz əməllərə nədənsə Rusiyanın müvafiq orqanları göz yumur. Əminəm ki, burada da erməni izi var və heç də səbb texniki məsələ deyil”. E.Axundova Rusiyadakı dostlarına müraciətlə ÜAK-a dəstək olmağa çağırdı.
Deputat, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin də “bu bizi, Azərbaycandakı rus diasporunu narahat etməyə bilməz” deyə, məsələyə reaksiya verdi. ÜAK-ın Rusiyadakı normal fəaliyyətindən bəhs etdi. Bildirdi ki, Azərbaycanda rus mədəniyyətinin, rus dilinin inkişafına xüsusi diqqət yetiildiyi halda, ÜAK-ın qeydiyyatının ləğvi yolverilməzdir.
M.Zabelin qeyd etdi ki, bu addım Rusiyadakı və Azərbaycanda sabitliyin pozulmasına, iki ölkənin münasibətlərini korlamağa xidmət edir. Deputat dedi ki, Rusiya XİN, Rusiya səfirliyi və digər qurumlarla əlaqələr saxladığını bununla bağlı narahatlığını ifadə edib. Mən əminəm ki, Rusiyanın Ədliyyə Nazirliyinin müraciəti məhkəmədə qəbul olunmayacaq və ÜAK fəaliyyətini davam etdirəcək.
Spiker O.Əsədov da buna inandığını bildirdi. Qeyd etdi ki, söhbət Rusiaydakı ən böyük icma ilə bağlı narahatlıqdan gedir, ona görə də bu istiqamətdə işləri davam etdirmək lazımdır. M.Zabelin icma sədri olaraq bununla bağlı rəsmi mövqeyinin dərc olunacağını bildirdi.
Deputat Əhliman Əmiraslanov da etiraz etdi: “Bu təşkilatı qeydiyyatdan keçirməmək Rusiyada böyük nüfuza malik olan insanlara və quruma qarşı təxribatdır. Bu əmələ yol verənlər Azərbaycana qarşı düşmən mövqeyində olan admalardır, dostluq münasibətlərinə yönəlmiş zərbədir”.
Dostluq qrupunun rəhbəri, deputat Əli Hüseynli Ədliyyə Nazirliyinin qeydiyyatın ləğvi ilə bağlı narahatlığını ifadə etdi: “Eyni zamanda biz bunu təxribat kimi dəyərləndiririk”. Ə.Hüseynli dedi ki, üçüncü dəfə quuma qeydiyyatla bağlı xəbərdarlıq-müraciət keçən ilin oktyabrında olub. Ondan sonra yeni rəhbərlik seçilib və sənədlərin qeydiyyatı ilə bağlı müraciət edib. Təəssüf ki, Ədliyyə Nazirliyi Konqresin büütn reyester siyahılarından çıxarılması və qeydiyyatın lığvi ilə bağlı Ali Məhkəməyə müraciət edib. Təşkilatın lığv olunması ən son tədbirdir. Bundan əvvəl cərimə də ola bilərdi.Bizi təəccübləndirən budur ki, Azərbaycan-Rusiya münasibətlərində körpü rolunu oynayan bir təşkilatın qeydiyyatını lığv etmək üçün məhkəməyə müraciət edilib. Araşdırsaq, Rusiya icmasının da sənəıdlərində müəyyən nöqsanlar mövcuddur. Amma heç zaman bu qurumun lığvi ilə bağlı məsələ qaldırılmayıb. Bu, ən son anda əl atılası addımdır. Rusiyadakı dairələr biləlidir ki, bu, hüquqi məsələ olsa da, bizi çox narahat edən siyasi addımdır”. Ə.Hüseynli məsələ ilə bağl Rusiyadakı müvafiq qurmlarıa müraciət edəcəyini dedi.
Deputat Çingiz Qənizadə də məsələdən narahat olduğunu dedi: “Biz artıq Rusiyadakı QHT rəhbərlərinə müraciət edib narahatlığımızı ifadə etmişik. Ç.Qənizadə dedi ki, bu təşkilatın yaradılmasında mərhum prezident Heydər Əliyevin iradəsi rol oynayıb və V.Putin də z razılığını verib: “Amma biz bu prosedurları izlədikcə görürük ki, ortada müəyyən maraqlar var. İstisna deyil ki, burada erməni barmağı var. Ancaq bəs, niyə Rusiyanın rəsmi qurumları bu çirkin oyuna düşüblər? Azərbaycanda 350-dən çox məktəbdə rus dili tədris olunur, bütün ali məktəblərdə rus dili fakültələri var və 16 min nəfər rus dilində təhsil alır”. Ç.Qənizadə məhkəmənin bu qanunsuzluğu rədd edəcəyinə ümid etdiyini vurğuladı: “Əks halda, təbii ki, biz dövlət olaraq öz sözümüzü deyəcəyik”.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev də Konqresin Rusiya-Azərbaycan dostluğunun simvoluna çevrildiyini söylədi. “Son 16 il ərzində hər iki dövlətin rəhbərliyi bu quruma etimad edib. Bu gün biz Rusiya Prezidenti Yanında İctimai Palataya məktub hazırlamışıq. Düşünürəm ki, onlar öz nüfuzundan istifadə edib Ali Məhkəmənin doğru qərar qəbul etməsinə öz töhfəsini verəcəklər”.
Musavat.com