Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

41 yaşı tamam olan baş redaktor: “Özümü şanslı hesab edirəm”

Bu gün  “Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın doğum günüdür. Onun 41 yaşı tamam olur.

Aqil Camal ad günü təəssüratlarını Modern.az-la bölüşüb.

“Yeni yaşımda özümü həyat dolu, gələcəyimizə ümidlə baxan, əhatə olunduğum saysız-hesabsız doğmaların, dostların sevgisi və sayğısı qarşısında şanslı bir insan kimi hiss edirəm.

Doğum günüm lap uşaqlıqdan evdə hər il qeyd olunub. Bir istisna – 1993-cü ilin bu günlərində doğulub böyüdüyüm, yaşadığım Kəlbəcər işğal olundu. O il təbii ki, doğum günü keçirmək heç yada da düşməzdi. Ümumiyyətlə isə heç vaxt doğum günümün qeyd olunmasında özüm təşəbbüskar rolda çıxış etməmişəm. Həmişə məndən xəbərsiz hazırlanıb.

Özəl məsələlərlə bağlı kampaniyanı sevmirəm. 20 ildir mətbuatdayam. 10 ildən artıqdır media rəhbəriyəm. Heç zaman bizim qəzetdə ya mənim, ya da ailə üzvlərimizin doğum günü, yubiley yaşları ilə bağlı hər hansı təbrik verilməyib. Özəl günləri özəl bir insanla, dostla, yaxud doğmalarla qeyd etməyin tərəfdarıyam”.

Aqil Camal deyib ki, adətən, doğum gününü qeyd edən insanlar ruhən yaşlanmadıqlarını deyirlər.

“Doğrusu, mən ümumiyyətlə, hər keçən günün, saatın, dəqiqənin kompleksini yaşayıram. “Gün keçdi” düşüncəsilə… Hesab edirəm ki, hər günü qiymətli etmək, həqiqətən yaşamaq lazımdır. Ancaq yaşın üstünə yaş gəlməsinin elə də fərqində deyiləm. Ad günümdə belə hər zamankı düşüncə və enerji ilə həyata davam edirəm. Bu gün  müxtəlif tədbirlərdə olmuşam.

Doğrudur, ad günüm olduğunu bilirdim, amma bir tədbirdə hörmətli sənətkarımız Nurəddin Mehdixanlıdan zəng gəldi. Məni təbrik edərkən bir anlığa hansısa bayramla bağlı olduğunu düşündüm. Hələki, indiki yaşımda mənim üçün yaşın üstünə yaş gəlməsi bir təqvim  hadisəsidir”.

Biz də boyukmillet.com kollektivi adından Aqil Camalı təbrik edir, ona can sağlığı, xoşbəxtlik və  fəaliyyətində uğurlar arzulayırıq.

Check Also

Putin: “Moskva və Ankara regional toqquşmaların dayandırılması üçün çalışır”

Moskva və Ankara regional toqquşmaların dayandırılması üçün çalışır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir