Cümə , 22 Noyabr 2024
Drone Cameras

Partiya sədri: “Bəlkə də, Sülhəddin Əkbər bu hərəkətini qəhrəmanlıq sayır və tarixə düşmək istəyir”

“AXC-Müsavat hakimiyyəti dönəmində Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində işləmiş Sülhəddin Əkbərin 4 iyun Gəncə qiyamı münasibətilə “Azadlıq radiosu”na verdiyi müsahibəsini izlədim və belə başa düşdüm ki, bu yoldaş az qala hər kəsi “agent”, “rusun adamı” qismində görür, eləcə də Əbülfəz Elçibəy və Heydər Əliyevin müasir Azərbaycan siyasətindəki önəmli rolunu şübhə altına almağa çalışır”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynovun sözlərinə görə, Sülhəddin bəyin konspirologiyaya marağı o qədər güclüdür ki, o, hətta 1989-cu ilin 31 dekabrında İranla sərhədlərin sökülməsinin də xüsusi xidmət orqanlarının (keçmiş KQB-nin) tapşırığı olduğunu düşünür:00

“Bir sözlə, S.Əkbərin məntiqinə görə nə xalq hərəkatı olub, nədəki liderlərimiz bu millətin müstəqilliyi uğrunda mübarizə aparıb. Və bu da çox maraqlıdır ki, adam hamını “Rusiyanın projesi” hesab edə-edə, lakin özü də onlarla birlikdə vəzifə fəaliyyətini axıra qədər davam etdirib. İstefa verməyib, etirazını bildirməyib… Burda hansı əqidəlilikdən, sağlam məntiqdən söhbət gedə bilər? Ən pisi də budur ki, Sülhəddin Əkbər bu gün haqqında bəhs etdiyi liderlər və hərəkatçıların bir çoxu məhz dünyasını dəyişdikdən sonra açıqlama vermək qərarına gəlib. Özü də nə az nə çox, düz 27 ildən sonra”.

DADP sədri qeyd edib ki, bəlkə də, Sülhəddin Əkbər bu hərəkətini qəhrəmanlıq sayır və tarixə düşmək istəyir. Ancaq sözün açığı, burada qeybətdən və gedənlərin arxasınca danışmaqdan başqa bir şey yoxdur:

“Elçibəyin və Heydər Əliyevin sayəsində siyasi fiqura çevrilənlərin bu gün onlara dil uzatmaları bağışlanmaz hərəkətdir”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …