Cümə , 22 Noyabr 2024
Drone Cameras

Paşinyan: “Anbar dolu idi və insanlara silah verilmədi”

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan ilə müharibədə (İkinci Qarabağ müharibəsi – Red) erməni tərəfinin məğlubiyyətinin səbəblərini başa düşmək lazımdır.

Bu barədə Nikol Paşinyan Ermənistanın “İctimai” televiziyasında müsahibəsində bildirib.

“Bu məğlubiyyətin səbəblərini başa düşmək çox vacibdir. Müharibə ilə bağlı bütün həqiqəti ortaya qoymağı özümə borc bilirəm”- Paşinyan bildirib.

“İki gün əvvəl könüllülərlə danışdım. Bir dəstə necə silah almağa çalışdıqlarını izah ediblər. Onlara silah verməkdən imtina edən konkret şəxsin adını çəkiblər. Silahlanmaq üçün anbar qapılarını sındırmağa məcbur olublar, anbarın silah və sursatla dolu olduğunu görüblər. Bu təsdiqlənərsə, bu məğlubiyyətin səbəblərindən biri ola bilər” deyə, o əlavə edib.

Paşinyan həmçinin, bu ifadələrin düzgünlüyünə tam inanmadığını deyib:

“Bir şeyə əmin olmalıyam: anbar dolu idi və insanlara silah verilmədi. Bu müharibə ilə bağlı bütün həqiqətlər açıqlanmalıdır. Bəlkə də nə isə düz deyilmir. Xüsusi adlar səslənir, bəlkə də yalandır, bilmirəm. Buna aydınlıq gətirilməlidir. Çünki, müxalifətlə əlaqəsi olan insanlar var”. 

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …