Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Eyni zamanda komissiyanın tərkibinə nazirliklərin və digər strukturların nümayəndələri də daxil olacaqlar.

Yəni komissiyada Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan və ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan, beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə Yeqişe Kirakosyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arakel Martikyan, Kadastr Komitəsinin rəis müavinləri Narine Avakyan və Aram Quqarats, Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan, MTX-nin departamentlərdən birinin rəhbəri D.Sanamyan və Ermənistan Silahlı Qüvvələrinin Hərbi Topoqrafik Xidmətinin rəisi Sergey Petrosyan yer alacaqlar.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …