Bazar , 5 Aprel 2026
Drone Cameras

Paşinyan Azərbaycanı MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ: “Biz niyə sülhə hazırlaşmalıyıq?”

“Əgər Bakı müharibəyə hazırlaşırsa, biz niyə sülhə hazırlaşmalıyıq?”.

Publika.az xəbər verir ki, bu iddia ilə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin xüsusi iclasında çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan müharibədən danışdığı halda Ermənistan hakimiyyəti güzəştlər haqqında danışmağı yanlış hesab edir.

“Əgər Azərbaycan müharibə variantını əsas götürürsə, Ermənistan niyə sülhə hazırlaşmalıdır. Biz danışıqların konstruktivliyinə tərəfdar olacağıq, lakin heç vaxt adekvatlılığı itirməyəcəyik. Biz bir dəfə qalib gəlmişik, qalibiyyət ruhu gələcək qələbələrə də inam yaradır”, – deyə Paşinyan Azərbaycanı müharibə ilə hədələyib.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir