Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ razılaşması ilə bağlı erməni xalqına müraciət etdi.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, rüsvayçı məğlubiyyətin səbəbləri barədə izahat verib.
“Bu ağrılı sənədi imzalamaqla mən bilirdim ki, nəinki siyasi, həm də fiziki təhlükə altında idim. Amma mənə daha vacib olan 25 min hərbçinin həyatını xilas etmək idi. Niyə istefa vermədim? Bu, ağır vəziyyətdə fərarilik və məsuliyyəti başqasının üstünə atmaq demək idi”.
Paşinyan Qarabağ münaqişəsinin həll olunmadığını da əlavə edib.
“Bu sənəd münaqişənin konkret həllini nəzərdə tutmur. Bu sənəd döyüşlərin dayandırılması barədədir. Qarabağ münaqişəsi nə o vaxt, nə indi həll olunub”.
Paşinyan əhalini panikaya salmamaq üçün cəbhədəki ağır vəziyyət barədə ictimaiyyətə məlumat vermədiyini etiraf edib:
“Rusiyalı sülhməramlılar Qarabağ ərazisində bütün sakinlərin təhlükəsizliyini təmin edəcək. Onlar Xankəndi ilə Yerevan arasında yolun təhlükəsizliyini təmin edəcək”.