Bazar , 11 May 2025
Drone Cameras

Paşinyan: “Ermənistan hələ 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb”

“Ermənistan hələ 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyasının efirində deyib.

Baş nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır.

“Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilib. Bütün ölkələrin mövqeyi BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən də məlumdur. Ermənistan da Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıdı. 2007-ci ildə tanıdı. Bunu nə vaxta qədər təsdiqləməmək olar?

Məsələ burasındadır ki, biz bunu görmək istəyirik, yoxsa yox? Bəlkə bütün problemlərimiz özümüzdən irəli gəlir. Bunu görmürəm”, – Paşinyan Ermənistan İctimai Televiziyasının efirində deyib.

Jurnalistin rəsmi Bakının Ermənistanın 1991-ci il Almatı Bəyannaməsinə istinad edərək, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sualına Paşinyan belə cavab verib: “Almatı Bəyannaməsi bizim qanunvericiliyimizin bir hissəsidir. O, 1992-ci ilin fevralında Ermənistan Ali Soveti tərəfindən təsdiqlənib. Mən Almatı Bəyannaməsini qəbul etmədiyimi desəm, Ermənistanın qanunvericiliyini tanımamış olaram”.

Check Also

İran Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək

İran yaxın zamanda Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı İran …