Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Paşinyan: “Ermənistan sülh müqaviləsi ilə bağlı yeni təkliflərini Azərbaycana təqdim edib”

Ermənistan fevralın 15-də Azərbaycan ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və təkliflərini rəsmi Bakıya təqdim edib.

Boyukmillet.com “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, söhbət Ermənistanın təkliflərinin əks olunduğu tam müqavilənin layihəsindən gedir.

“Biz layihə üzərində işləyərkən hər an imzalamağa hazır olduğumuz sənədi əldə etmək məntiqini əsas götürürük. Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Ümid edirik ki, danışıqlar prosesinin üç mərhələsi ərzində əldə olunmuş müəyyən tərəqqini daha da inkişaf etdirmək mümkün olacaq”, – Paşinyan əlavə edib.

Baş nazirin sözlərinə görə, əsas odur ki, imzalanma dayanıqlı sülhə gətirib çıxarsın.

O, hökumətin və şəxsən özünün maksimum qısa müddət ərzində bu müqaviləni imzalamağa hazır olduğunu təsdiqləyib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …