Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Paşinyan: “Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı ilkin razılaşmaların icrasına başlamaq lazımdır”

“Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı ilkin razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır”.

Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, hər iki ölkədən olan xüsusi nümayəndələr sərhədin üçüncü ölkə vətəndaşları, eləcə də hava nəqliyyatı ilə yük daşımaları üçün açılması barədə razılığa gəliblər: “Anlaşma anlaşmadır. Lakin onları yerinə yetirmək üçün idarələrimizin prosesi koordinasiya etməsi çox vacibdir”.

Qeyd edək ki, sərhədin üçüncü ölkələrin yerüstü yükdaşıma şirkətləri (və onların sürücüləri, müvafiq olaraq üçüncü ölkə vətəndaşları) üçün açılıb-açılmaması hələ ki dəqiqləşdirilməyib.

Check Also

İran daha 20 neft tankerinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək. Boyukmillet.com xəbər …