Cümə , 22 Noyabr 2024
Drone Cameras

Paşinyan iki aldı… – Hələ belə rüsvay olmamışdı

Dünən Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında tarixdə ilk dəfə yaşanan debat baş tutdu. Tarixi debatda yenə öz ampulasında olan Paşinyan bir neçə cəhd etdi. Guya Ayaz Mütəllibovun Xocalı faciəsini azərbaycanlıların törətdiyini deməsini xatırlatdı. Həmçinin qondarma erməni tarixindən danışmağa çalışdı. Amma İlham Əliyev hər kəsin gözü qarşısında Paşinyana tarix dərsi keçdi. Bəli, elə söz tarixdən düşmüşkən…

Tarix – ta qədim dövrlərdən bu günə qədər baş verən, real hadisələrin qədim dövrlərdə daş kitabələr, daha sonra kitablar, insan zəkasının təkamül edib yeni kəşflərlərlə radio və televiziyanın ixtira etməsi, hazırkı zamanda isə internet və yüksək telekomunikasiya vasitələrinin varlığı sayəsində nəsildən-nəsilə ötürülən hadisələrdir. İndi fikirləşəcəksiniz ki, bunu hamı bilir, burda yazmağın nə mənası var. Dünənki görüşə məhz bu aspektdən yanaşmaq lazım olduğunu Ermənistanın baş naziri Nikol Paşinyanın hər zamankı kimi sərsəm açıqlamalarına daha bir neçəsini əlavə etməsi ilə bir daha göstərdi. Paşinyan yenə nümayiş etdirdi ki, o, siyasətçi deyil, tarixi də dərindən bilmir. Elə əslində ermənilərə də belə siyasətçi yaraşır. Tarixi saxtalaşdıran, heç bir fakta söykənməyən, əsassız fikirlər səsləndirən, dünya qarşısında biabır olan yarıtmaz başçı.

Saxtalaşdırmaq demişkən… Elə ermənilərin əsas işinin bu olduğunu unutmayaq. Ona görə də başçılarının dünən etdiyi və ya yaxud etməyə çalışıb biabır olduğu saxtakarlıq heç də yenilik sayılmamalıdır. Çünki ermənilər elə tarixi saxtalaşdıra-saxtalaşdıra, başqalarının etdikləri qəhrəmanlıqları öz adlarına çıxaraq, tarix boyu satqınlıqla məşğul olduqlarını danaraq riyakar millət olduqlarını hər zaman göstəriblər. Mənşəyi, mənsəbi məlum olmayan, ondan-bundan oğurluq edə-edə dövlət yaradan, soyadlarını belə türk adlarından istifadə edərək düzəldən millətin tarixdən danışmağa dili olmamalıdır axı…

Amma onlar danışır, hər zamankı kimi dünyaya öz yalanlarını çatdırmağa, dünyanı aldatmağa çalışırlar. Necə ki, yaxın tarixə qədər bunu edirdilər və erməni lobbisinin də “gərgin” fəaliyyəti nəticəsində müəyyən mənada buna nail olurdular. Amma indi… İndi başbilənləri səviyəsində biabır olurlar və nə qədər ki, belə riyakarlıqlar edəcəklər biabır olmağa da davam edəcəklər.

Necə ki, dünən axşam Paşinyanın İlham Əliyevin qarşısında əzildiyini, söz tapmayıb nala-mıxa vurduğunu bütün dünya canlı şəkildə izlədi. Artıq neçənci dəfədir ki, Paşinyan öz aləmində tarixi saxtalaşdırmağa çalışır amma… Amması odur ki, erməni nazir hər dəfə kəskin və tutarlı cavablar alaraq susdurulur. Buna baxmayaraq arsızcasına danışmağa davam edir. Artıq erməni ictimaiyyətində də onu tənqid edənlər, İlham Əliyevin qarşısında biabır olduğunu etiraf edənlər kifayət qədərdir.

Uzun sözün qısası tarix dərsindən Paşinyana və onun timsalında bütün iyrənc erməni xalqına yağlı iki. Cənab Paşinyan arada vaxtın olanda tarixi vərəqlə, məlumatın olsun. Olmayan erməni tarixini yox haa. Əsl dünya tarixini. Onda kimin kim olduğunu başa düşüb susarsan bəlkə… Amma istəsən danış. Onsuz da it hürər karvan keçər…    /yenisabah.az/

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …