Cümə , 13 Mart 2026
Drone Cameras

Paşinyan Quterreşlə Ermənistan-Azərbaycan sülh sazişinin paraflanmasını müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

Boyukmillet.com xəbər verir ki, tərəflər cari ilin avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının vacibliyini qeyd edib və bunun Cənubi Qafqazda sabitliyə və əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.

Paşinyan və Quterreş 2026-cı il oktyabrın 18-dən 30-dək Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə 17-ci Konvensiyasının təşkili və bu sahədə əməkdaşlığı müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Check Also

Tramp: ABŞ və İsrailin İrana qarşı əməliyyatı məqsədlərə çatdıqdan sonra yekunlaşacaq

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı məqsədlərinə …