Bazar , 19 Yanvar 2025
Drone Cameras

Paşinyan: “Rəsmi İrəvan Türkiyədəki seçkilərdən sonra Ankara ilə dialoqu davam etdirməyə ümid edir”

“Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesini bu ölkədə keçirilən seçkilərdən sonra da davam etdiriləcəyinə ümid edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci il büdcəsinin icrası ilə bağlı dinləmələr zamanı deyib.

“Ümid edirik ki, Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra Türkiyə ilə münasibətlərin normallaşması prosesini həmişəki kimi davam etdirə biləcəyik”, – Paşinyan bildirib.

Xatırladaq ki, daha əvvəl Paşinyan Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. O, ölkələr arasında münasibətlərin tam şəkildə normallaşması üçün birgə işin davam etdirilməsini gözlədiyini bildirib.

Check Also

Ərdoğandan növbəti xəbərdarlıq: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər …