Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Paşinyan: Rusiya Ermənistan əhalisini hakimiyyəti devirməyə çağırıb

Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır. Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib.

“Biz ərazimizdəki qanunsuz fəaliyyətlə barışmayacağıq”, – siyasətçi vurğulayıb və əlavə edib ki, İrəvanın tələbləri yerinə yetirilməsə, Ermənistan bunu cavabsız qoymayacaq.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …