Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Paşinyandan müxalifətə təklif: Müharibənin yenidən başlanmasını istəyirsinizsə…

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” partiyasının parlament fraksiyası bəyanat yayıb.

“İravunk” qəzeti yazır ki, iqtidar partiyasının yaydığı bəyanatda onların istefasını tələb edən müxalifətə təkliflər verilib.

Bildirilir ki, əgər müxalifət Qarabağda müharibənin sona çatması üçün imzalanan razılşmanı erməni xalqına qarşı xəyanət hesab edirsə, o zaman onlar çox açıq şəkildə aşağıdakıları bəyan etməlidirlər:

1. Rusiyanın vasitəçiliyinin ləğv edilməsinin tərəfdarıyıq,

2. Rus sülhməramlılarının təmas xəttindən çəkilməsinin tərəfdarıyıq,

3. Müharibənin davam etməsinin tərəfdarıyıq.

“Mənim Addımım” partiyasının bəyanatında daha sonra qeyd olunur ki, bu açıqlamanı verildikdən sonra müxalifət müharibənin yenidən başlanması halında qələbə üçün təklif olunan yol xəritəsini də təqdim etməlidir.

Check Also

Elçibəyin oğlu Nemət Pənahlını MƏHKƏMƏYƏ VERİR

Azərbaycanın keçmiş Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev “Meydan hərəkatı”nın rəhbərlərindən …