Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Paşinyanın “məxməri inqilab”ı iri addımlarla iflasa gedir – HAYların HAY-KÜYLÜ ÇÖKÜŞ ANONSU

Vanesyanın bu addımını onunla Nikol Paşinyan arasındakı qarşıdurmanın, yaxud da fikir ayrılığının nəticəsi kimi qiymətləndirmək düzgün deyil.

Millət vəkili Sahib Alıyev Boyukmillet.com Redaktor.az-a istinadenErmənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan vəzifəsindən istefa verməsi ilə bağlı danışıb.

Millət vəkili hesab edir ki, Vanesyanın son açıqlamalarında dediklərinə diqqət etmək lazımdır:

“Vanesyanla Nikol Paşinyan arasında Ermənistandakı sifarişli həbslərlə bağlı telefon danışıqları yayılanda, maraqlı bir məsələyə diqqət çəkmişdim. Paşinyan hakimiyyətə küçədən gələn biridir, o üzdən də telefonu rominqdəykən dinlənilmə ehtimalının birə-on artdığını bəlkə də bilmirdi. Bəs uzun zaman Təhlükəsizlik Xidmətində çalışan Vanesyan necə, o da bunu anlamırdı? Anlayırdısa nə üçün o, xaricdə olan baş nazirlə ölksindəki operativ vəziyyəti və Köçəryanla Xaçaturovun tutulması kimi bir sıra “incə” məsələləri açıq mətnlə danışırdı? Göründüyü kimi Vanesyan danışıqlarının dinlənildiyinin yaxşı fərqində idi. Sadəcə bütün bunlar Nikol Paşinyanı gülünc və çıxılmaz vəziyyətdə qoymaq üçün reallaşdırılan bir əməliyyat idi. Yəni hayları regionda vassal gözündə görənlərin dedikləriylə oturub-durmasa, gələcəkdə ən böyük zərbəni Paşinyana Vanesyanın endirəcəyi məlum idi. Bu da baş verdi”.

Millət vəkili qeyd edib ki, Vanesyan qapını çırparaq getdi:

“Gedərkən baş nazirlə komandasına bir “dayanın” da dedi. Amma bu “dayanın” sözü də onun özünün deyildi. Vanesyana vəzifəsindən getməyin vaxtının çatdığını bildirənlərin Paşinyana son xəbərdarlığı idi”.

Ehtiyatda olan zabit Əlisahib Hüseynov da məsələyə münasibət bildirib.

Ə. Hüseynov hesab edir ki, Paşinyanın komandasında “yarpaq tökümü” başlayıb:

“Ermənilərin “Rembo”su istefaya getdi. Ermənistanın baş kəşfiyyatçısı, Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyanın hay-küylü bəyanatla öz postundan istefa verməsi Nikol Paşinyan üçün böyük bir zərbə oldu. Lakin sıravi ermənilər üçün (xüsusən sosial şəbəkələrdə fəal olan ermənilər üçün) bu istefa heç də gözlənilməz olmadı. Əksinə, erməni sosial şəbəkə istifadəçiləri Vanesyanın istefa qərarına karikaturalarla, kollajlarla, “mem”lərlə, sarkazm dolu statuslarla reaksiya verdilər. Bəziləri isə onu hətta guya Ermənistanda korrupsiyaya, büdcə oğurluqlarına, oliqarxlara, mafiya başçılarına qarşı total mübarizə aparan qorxmaz personaj, “Rembo” obrazında təqdim edən gülməli posterlər də paylaşdılar. Bir sözlə, Vanesyanın istefa qərarı erməni ictimaiyyəti tərəfindən kütləvi ironiya ilə qarşılandı. Çünki hamı onu MTX rəhbəri qiyafəsinə bürünmüş quldurbaşı, bandit hesab edir. O, Nikol Paşinyanın “xeyir-dua”sı ilə hazırki hakimiyyətin xoşuna gəlməyən istənilən siyasətçinin (başda Robert Köçəryan olmaqla), istənilən oliqarxın evinə silahlı dəstə ilə basqın edir, ofis və qərargahlarda sanksiyasız axtarışlar aparır, adamları təhqiramiz şəkildə həbs edib naməlum ünvanlara aparır, onlara işgəncələr verirdi. Ancaq indi isə Artur Vanesyan birdən-birə Paşinyanın yürütdüyü siyasətin əleyhinə çıxaraq, hazırki hakimiyyəti qərarları necə gəldi verməkdə, hədəflərin qeyri-müəyyənliyində ittiham edir və deyir ki, “aparılan siyasət zabit andına uyğun deyil”. Vanesyanın son cümləsi “Dayanın!” (“Остановиться!”) ifadəsilə bitir”.

Ə. Hüseynov vurğulayıb ki, Vanesyanın bu addımı əslində Paşinyana qarşı açıq şəkildə müharibə elan etmək deməkdir:

“O, Paşinyanın “sağ əli” sayılırdı. Lakin onların yaxınlığı istefanın qarşısını ala bilmədi. Onun istefası həm də Paşinyan iqtidarının çöküşünün ən haylı-küylü anonsudur. Buna sonun başlanğıcı da demək mümkündür. Paşinyanın “məxməri inqilab”ı iri addımlarla iflasa doğru irəliləyir”.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan vəzifəsindən istefa verib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …