Ermənistanda Gümrü Ağsaqqallar Şurasının hakim “Vətəndaş Razılaşması” fraksiyasından olan üzvü, baş nazir Nikol Paşinyanın qohumu Vaaqn Mkrtçyan şəhər merinin müavini vəzifəsinə seçilib.
Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, əvvəlki müavin David Aruşanyan hakim partiyadan deputat olduqdan sonra vəzifə boş qalıb.
Gümrü Ağsaqqallar Şurasından və “Balasanyan” blokundan olan 21 üzvü onun namizədliyinə səs verib.
Seçkidən sonra Mkrtçyan jurnalistlərlə söhbətində Ermənistanın baş nazirinin həyat yoldaşı ilə qohumluq əlaqələrinə toxunub – o, Paşinyanın xanımı Anna Akopyanın qohumudur.
“Şəhərimiz, ölkəmiz o qədər kiçikdir ki, məmurun qohumu və dostu olmayan adam tapmaq mümkün deyil”, – o deyib.