Bazar , 24 Noyabr 2024
Drone Cameras

Patruşev: “Rusiya sərhədləri yaxınlığında və bütövlükdə dünyada gərginlik artır”

İkinci Dünya Müharibəsindən yaranan və BMT-nin rəhbərlik etdiyi təhlükəsizlik arxitekturası məhv olmaq üzrədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Kommersant” qəzetinə müsahibəsində deyib.

Patruşev qeyd edib ki, silahlara nəzarət sisteminin dağıdılması davam edir, dünyada və Rusiya sərhədləri yaxınlığında hərbi-siyasi vəziyyətin gərginliyi artır.

“Eyni zamanda, biz qərbli həmkarlarımızla təmaslarımızı kəsmirik, kompromis həll yolları axtarmağa və qarşılıqlı faydalı əməkdaşlığın mümkün olduğu sahələri müəyyənləşdirməyə davam edirik”, – Patruşev bildirib.

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …