Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Pentaqon indi də Hindistanın S-400 raketləri almasını qəbul etmək istəmir

ABŞ Hərbi-dəniz qüvvələrinin Hind-Sakit okean komandanlığının rəhbəri, admiral Filip Devidson Hindistanın Rusiyadan S-400 zenit-raket komplekslərini almasının problem yaradacağını sölyəyib.

Musavat.com xarici agentliklərə istinadəən xəbər verir ki, admiral bununla bağlı düşüncələrini Kolorado ştatının Aspen şəhərində keçirilən təhlükəsizlik üzrə forumda dilə gətirib.

Filip Devidson Hindistanın “S-172 hərbi-nəqliyyat təyyarələrinin ABŞ istisna olmaqla ən böyük alıcısı olduğun söyləyib.

Bundan başqa, Hindistan ordusunda ABŞ-ın “P-8 Poseidon”, “S-130 Hercules” təyyaərələri , “AH-64 Apache” helikopterləri və digər hərbi texnika vasitələri mövcuddur.

“Bütün bunlar taktiki yanaşma və doktrinalardakı yaxınlığa, münasibətlərimizin inkişafına kömək göstərir”,-deyə o, rəsmi Vaşinqton və Nyu-Dehli arasındakı strateji partnyorluğun vəziyyəti barədə suala vacab verib.

Картинки по запросу admiral philip davidson aspen

Admiral Filip Devidson

Amerikalı admiral S-400 məsələsi ilə bağlı hindistanlı rəsmilərlə dialoq içində olduqlarını bildirib. Onun iddiasına əsasən, Rusiya ZRS-lərini almaq əslində Hindistnana da sərf etmir. Çünki “ABŞ-ın avadanlıqları uyğunlaşdırma və qarşılıqlı əvəzləmə konteksində” özünü daha yaxşı cəhətdən göstərir.

Qeyd olunur ki, rəsmi Nyu-Dehli Rusiyanın S-400 “Triumf” zenit-raket sistemlərini almaq niyyətini 2015-ci ildə bəyan edib. Müqavilənin ümumi məbləği 5,43 milyard dollar civarında dəyərləndirilir. Bununla bağlı saziş prezident Vladimir Putinin 2018-ci ildə Hindistana rəsmi ziyarəti zamanı imzalanıb.

ABŞ rəhbərliyi Türkiyə kimi Hindistanı da sanksiya tədbirləri ilə hədələyib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …