Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Pentaqon pilotsuz tanklar hazırlamaq niyyətindədir

ABŞ pilotsuz qayıqlar və uçuş aparatları üzərində təcrübələr aparır və gələcəkdə də pilotsuz tanklar hazırlamağa ümid edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli “Foreign Affairs” jurnalına müsahibəsində deyib.

O qeyd edib ki, Pentaqon “əslində pilotsuz olacaq” müasir qırıcı və bombardmançı təyyarələr üzərində təcrübə aparır.

“Gələcəkdə siz yük maşınlarını, tankları və yerüstü nəqliyyat vasitələrini görəcəksiniz, onların böyük bir hissəsi pilotsuz olacaq. Robot texnologiyaları silahlı qüvvələrdə düşündüyünüzdən daha sürətli istifadə olunmağa başlayır”, – Milli bildirib.

O, həmçinin gələcəkdə ABŞ ordusunun süni intellekt texnologiyalarından və kvant kompüterlərindən istifadə etməyə başlayacağını istisna etməyib.

Check Also

ABŞ prezidentlərinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmaq qadağan olunacaq

ABŞ Konqresi ölkə prezidentinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmağa icazə verən 1991 və 2002-ci illərdə …